Biz “HYDRO-GEO ENVİRONNEMENT GROUP” şirkəti olaraq, respublikanın bir çox şəhər və rayonlarında kompleks hidrogeoloji tədqiqat, geofiziki tədqiqat, hidroloji tədqiqat, mühəndis geoloji tədqiqat işləri, mineral-termal suların axtarışı və artezian quyularının qazılması, tamamlanması, diaqnostikası, təmiri işlərini həyata keçirmişik. Bununla bərabər biz bir çox bölgələrdə müxtəlif istiqamətlərdə fəaliyyətimizi davam etdirmişik. O cümlədən, tikinti- quraşdırma işləri, layihələndirmə, texniki-iqtisadi əsaslandırma hesabatlarının və texniki tapşırıqların hazırlanması, ətraf mühitə təsirin qiymətləndirilməsi işlərini həyata keçirmişik. Şirkətimiz eyni zamanda bir çox iri həcmli layihələrdə göstərilmiş sahələr üzrə və respublikamızın xəritə üzrə qeyd olunmuş ərazilərində, ixtisaslaşmış mütəxəssis heyəti ilə birgə konsultasiya xidmətlərini yerinə yetirərək layihələrin uğurla başa çatdırılmasını təmin etmişdir.
“HYDRO-GEO ENVİRONNEMENT GROUP” yüksək texnologiyalar sahəsində, eyni zamanda geoloji, hidrogeoloji və ekoloji məsələlər üzrə təcrübəli mütəxəssislərlə komanda şəklində fəaliyyət göstərir. Şirkətimizin əsas məqsədi Azərbaycanda və ölkə xaricində bu sahədə daha keyfiyyətli, peşəkar, obyektiv xidmətlər göstərməkdir.
Şirkətimiz təsis edildiyi vaxtdan bu günə kimi bir çox iri və strateji layihələrdə uğurla iştirak etmiş və hər bir layihəni uğurla tamamlamışdır.
MİSSİYAMIZ
Missiyamız müasir texnologiyaları tətbiq edərək, yüksək xidmətlərimizlə tərəfdaşlarımızın rəğbətini qazanıb, ölkəmizlə birgə inkişaf etməkdir.































































































































